RU

Balıkesirdə yenidən zəlzələ oldu

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda axşam saatlarında növbəti zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, AFAD-ın məlumatına görə, saat 23:23-də qeydə alınan yeraltı təkanın maqnitudası 4,3 olub.

Qeyd edək ki, eyni bölgədə bu gün günorta saatlarında 4,9 bal gücündə daha bir zəlzələ qeydə alınmışdı. Hazırda bölgədə təkanların ardınca vəziyyət nəzarət altındadır, xəsarət alanlarla bağlı məlumat verilməyib. 

 

Musavat.com

Избранный
53
musavat.com

1Источники