RU

KİV: BBC Trampın seçki öncəsi çıxışını saxtalaşdırıb

Britaniya Yayım Korporasiyası (BBC) ABŞ prezidenti Donald Trampın 2021-ci il yanvarın 6-da tərəfdarlarının Kapitoliyə hücum etməsindən əvvəl etdiyi çıxışı saxtalaşdırıb.

Moderator.az xəbər verir ki, bu barədə Daily Telegraph qəzeti əldə etdiyi və anonim şəkildə korporasiyanın idarə heyətinin üzvlərinə göndərdiyi 19 səhifəlik məktuba istinadən məlumat yayıb.

Söhbət BBC-nin ötən ilin oktyabrında ABŞ prezident seçkiləri ərəfəsində yayımladığı bir saatlıq Panorama proqramına aiddir. Orada çıxış elə redaktə edilib ki, prezidentin Konqres binasını zəbt etməyə çağırdığı qənaətinə gəlmək olar.

Tramp BBC proqramında nümayiş olunan videoda deyib: "Biz Kapitoliyə gedəcəyik, mən də sizinlə olacağam və döyüşəcəyik. Biz sərt mübarizə aparacağıq, çünki sən çox vuruşmasan, daha ölkən olmayacaq".

Əslində bu ifadənin birinci hissəsi çıxışın 15-ci dəqiqəsinə aiddir. Bu belə səslənib: "Biz Kapitoliyə gedəcəyik və cəsur senatorlarımızı və konqresmenlərimizi dəstəkləyəcəyik. Bilirəm ki, buradakı hər kəs tezliklə öz səsini dinc və vətənpərvər şəkildə eşitmək üçün Kapitolinin binasına doğru yürüş edəcək".

Sözün ikinci hissəsi – "ciddi mübarizə aparmaq lazım olduğu barədə" Tramp 54 dəqiqə sonra dilə gətirib. Qəzetin qeyd etdiyi kimi, montaj edilmiş videodan dərhal sonra BBC Konqres binasına doğru gedən insanların görüntülərini nümayiş etdirərək, onların Ağ Evdəkilərin çağırışına əməl etdikləri təəssüratı yaradıb. Qəzetin qeyd etdiyi kimi, montaj edilmiş videodan dərhal sonra BBC Konqres binasına doğru gedən insanların görüntülərini nümayiş etdirərək, onların Ağ Evin rəhbərinin çağırışına əməl etdikləri təəssüratı yaradıb. Əslində bu görüntülər Tramp Vaşinqtonda minlərlə tərəfdarının mitinqində çıxışına başlamazdan əvvəl çəkilib.

"The Daily Telegraph" yazıb ki, artıq Böyük Britaniya Nazirlər Kabinetinin üzvləri arasında yayılan sənədin Ağ Evlə kifayət qədər gərgin münasibətlərini nəzərə alsaq, korporasiya üçün ciddi nəticələrə səbəb ola bilər.

Sənədi bu ilin iyun ayına qədər üç il ərzində BBC-nin redaksiya siyasəti və standartlar komitəsində müstəqil məsləhətçi vəzifəsində çalışmış keçmiş jurnalist Maykl Preskott hazırlayıb. O, qərəzsizlik prinsipinin pozulmasına işarə edib və korporasiya rəhbərliyini bu kimi məsələləri həll etmək istəməməkdə ittiham edib. BBC nəşrə bildirib ki, sızma nəticəsində dərc olunan materialları şərh etmir.

Избранный
37
3
moderator.az

4Источники