BAKI, 4 noyabr. TELEQRAF
Xarkov vilayətinin Kupyansk şəhərinin rus işğalçılarından tam təmizlənməsi üçün artıq tarixlər müəyyənləşib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə bildirib.
"Kupyanskda 60-a qədər rusiyalı qalıb. Hazırda təmizləmə əməliyyatı aparılır. Biz onların hamısını təmizləyəcəyik. Biz bilirik. Tarixlər müəyyən edilib", - dövlət başçısı bildirib.
Prezident Kupyanskdakı vəziyyətlə bağlı başqa təfərrüatı açıqlamayıb.