RU

Rusiyanın Romadakı səfiri İtaliya XİN-ə çağırılıb

Rusiyanın Romadakı səfiri Aleksey Paramonov İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” agentliyinə nazirlikdən məlumat verilib.

"Rusiyanın İtaliyadakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb", - deyə mənbə bildirib.

Rusiya diplomatik missiyası da səfirin İtaliya Xarici İşlər Nazirliyinə dəvət edildiyini təsdiqləyib.

3 noyabrda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Romanın mərkəzindəki tarixi Torre dei Conti qülləsinin uçması ilə bağlı şərh verərək bildirib ki, əgər ölkə hakimiyyəti Ukraynanı dəstəkləməyə pul xərcləməyə davam edərsə, İtaliya "dağılacaq". Diplomat xatırladıb ki, may ayında İtaliya Xarici İşlər Nazirliyi Ukraynaya dəstəyi barədə məlumat verib. Nazirliyin məlumatına görə, ölkə hərbi yardım və ianələr üçün 2,5 milyard avro ayırıb.

QAZİLER.AZ

Избранный
47
2
qaziler.az

4Источники