RU

"Bir xal qazanmadıq, 2 xal itirdik"

İkinci Liqa təmsilçisi "Şirvan" 7-ci turda xal itirib. Bölgə təmsilçisi bu gün səfərdə "Quba" ilə 1:1 bərabərə qalıb. Bununla belə, debütant bir günlük də olsa, vahid liderliyə yiyələnib. 

Komandanın baş məşqçisi Pərviz Bayramov Fanat.Az-a açıqlamasında son görüşlə bağlı fikirlərini bölüşüb:

"Erkən dəqiqələrdə azlıqda qaldıq. Hakim rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə gör təcrübəli oyunçumuz Qərib İbrahimovu oyundan kənarlaşdırdı. Belədə matçın böyük bölümünü 10 nəfərlə mübarizə aparmalı olduq. Təbii ki, "qırmızı" planlarımıza uyğun deyildi. Amma futbolda belə hallarr olur. Hər şeyə hazır olmağ lazımdır. Azlıqda qalmağımıza  və rəqib meydanında oynamağımıza baxmayaraq, hesabı açmağı bacardıq. Ancaq ani diqqətsizlikdən üstünlüyümüzü əldən verdik. Sonda görüşdən heç-heçə ilə ayrıldıq. Məncə, 1 xal qazanmadıq, 2 xal itirdik. Uşağlara xarakter göstərdiklərinə görə təşəkkür düşür. İrəli baxacağıq, ruhdan düşmək olmaz. Yeni komandayıq, hər oyun bizim üçün bir təcrübədir".

"Şirvan" hazırda 16 xalla 1-ci yerdə qərarlaşıb. Bölgə təmsilçisi 8-ci tur çərçivəsində "Ağstafa Gəncləri" ilə qarşılaşacaq. Görüş 11 noyabrda Şirvanda baş tutacaq. 

Mirağa

Избранный
38
fanat.az

1Источники