RU

Rusiya səfiri İtaliya XİN-ə çağırıldı

BAKI, 3 noyabr. TELEQRAF

Rusiyanın Romadakı səfiri Aleksey Paramonov İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, buna səbəb Rusiya Xarici İşlər Nazirliyinin Mariya Zaxarovanın səsləndirdiyi fikirlər olub.

Noyabrın 3-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Romanın mərkəzindəki tarixi Torre dei Conti qülləsinin dağılmasını şərh edərkən, ölkə hakimiyyətinin Ukraynaya dəstək üçün pul xərcləməyə davam edəcəyi təqdirdə İtaliyanın "tamamilə dağılacağını" bildirib.

Избранный
72
6
teleqraf.com

10Источники