RU

Erməni kilsəsi hədəfdə: Katolikosun yaxın qohumları həbs edildi

Ermənistanda daxili gərginlik dini sferaya da sirayət edib.

Musavat.com xəbər verir ki, bütün ermənilərin katolikosunun qardaşı və qardaşı oğlu bir aylıq müddətə həbs edilib. Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumata görə, onlar Vagharşapat şəhərində seçkiqabağı təşviqat kampaniyasına mane olmaqda və xuliqanlıqda ittiham olunurlar.

Hadisə ölkədə Baş nazir Nikol Paşinyanın kilsə ilə münasibətlərinin daha da gərginləşdiyini göstərir. Müşahidəçilər hesab edirlər ki, bu addım hökumət və Apostol kilsəsi arasında uzunmüddətli qarşıdurmanı dərinləşdirə bilər. 

 

Musavat.com

Избранный
37
musavat.com

1Источники