RU

"8 Noyabr – Zəfər Günü xalqımızın sarsılmaz birliyinin, müstəqilliyimizin və qalib ruhumuzun simvoludur" - DEPUTAT

"8 Noyabr – Zəfər Günü xalqımızın sarsılmaz birliyinin, müstəqilliyimizin və qalib ruhumuzun simvoludur" - DEPUTAT"Azərbaycan xalqı hər il 8 Noyabr tarixini böyük qürur və dərin iftixar hissi ilə qeyd edir. Bu əlamətdar gün Vətənimizin müasir tarixində dönüş nöqtəsi olmaqla, xalqımızın sarsılmaz azadlıq iradəsini, dövlətimizin qüdrətini və milli birliyimizin əzəmətini əks etdirir. 2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi hərbi təxribatlara cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə tarixi Qələbə ilə başa çatdı".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Mahir Süleymanlı danışıb.

O, açıqlamasında qeyd edib ki, "Dəmir Yumruq" əməliyyatı çərçivəsində Azərbaycan Ordusu düşmənin illərlə möhkəmləndirdiyi müdafiə sədlərini aşaraq, qısa müddət ərzində torpaqlarımızı azad etdi və ölkəmizin suverenliyi ilə ərazi bütövlüyünü tam bərpa etdi:

"Müharibənin zirvə nöqtəsi Şuşanın azad edilməsi oldu. Qəhrəman Azərbaycan əsgərləri dağları və sıldırımları aşaraq misilsiz igidlik və əzm nümayiş etdirdi, milli ruhumuzun, mədəniyyətimizin və dövlətçilik irsimizin rəmzi olan qədim Şuşanı düşmən işğalından azad etdi.

2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciət edərək bu tarixi xəbəri elan etdi. Həmin an yalnız bir şəhərin deyil, bütöv Azərbaycanın ruhu və qüruru dirçəldi.

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə 8 Noyabr "Zəfər Günü" elan edildi. Bu qərar xalqımızın qəhrəmanlığını, dövlətimizin qüdrətini və milli qürurumuzu əbədiləşdirərək gələcək nəsillərə şanlı tarix kimi ötürür.

Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə həyata keçirilən siyasət, Ulu Öndərin müəyyən etdiyi milli inkişaf yolunun məqsədyönlü və uğurlu davamıdır.
Şuşanın azad edilməsi ilə başa çatan bu Zəfər, Ulu Öndər Heydər Əliyevin "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" kəlamının gerçəkləşməsi oldu.

Bu gün azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzurda icra olunan nəhəng infrastruktur layihələri, "Böyük Qayıdış" proqramı Azərbaycanın yeni inkişaf mərhələsini formalaşdırır və bölgənin dirçəlişinə zəmin yaradır.

8 Noyabr – Zəfər Günü xalqımızın sarsılmaz birliyinin, müstəqilliyimizin və qalib ruhumuzun simvoludur".

Vüsalə İbrahimli

Избранный
89
2
sonxeber.az

10Источники