RU

Pəncərə təmir edən kişi yıxılaraq ölübVİDEO

Bakıda pəncərə təmir edən 1957-ci il təvəllüdlü Fuad Ələsgər oğlu Nəsirov yıxılaraq ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın mərkəzində, Nəsimi rayonu, Əlimərdan Bəy Topçubaşov küçəsi 84 ünvanında, köhnə üçərtəbəli binada baş verib.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək baxış keçiriblər.

Qonşulşar bildiriblər ki, həmin binanın kinci mərtəbəsində yaşayan Fuad Nəsirov məhəllədə ustalıq edirmiş. Kimin nə işi olsa, xüsusən də kiçik təmir işlərini Fuad Nəsirov yerinə yetirirmiş. Onun hansısa bir xəstəliyinin olmadığını da bildirdilər.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
32
xezerxeber.az

1Источники