RU

Mehdiyev işi : təcili hər şeyini satdı SİYAHI

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Adı son günlər Ramiz Mehdiyev işində və AMEA-da 3 milyonluq cinayətdə hallanan keçmiş deputat, hazırda AMEA-nın Sosial Xidmətlər Şöbəsinin müdiri olan Elton Məmmədov ətrafında söz-söhbət bitmir.

Bundan öncə Baş Prokurorluğun yaydığı rəsmi xəbərdə Elton Məmmədovun vurduğu 3 milyon manatın onun tərəfindən ödənildiyi barədə məlumat verilmişdi.

Globalinfo.az Oxu24.com-a istinadən xəbər verir ki, Elton Məmmədov qeyd olunan pulu ödəmək üçün olan-qalan hər şeyini satıb. 3 milyonu ödəmək Elton Məmmədova heç də asan olmayıb.

Belə ki, o, Novxanı qəsəbəsindəki dəbdəbəli bağ evini, 3 ədəd son model avtomobili, “20 Yanvar” metrosu ətrafında yerləşən kafesini, “MAİN” Yaşayış Kompleksində beş ədəd 2 və 3 otaqlı mənzilləri, böyük sahəyə malik avtoqarajı, Həsən Əliyev küçəsində – keçmiş “Tramvay Parkı”nın yerində yerləşən özünəməxsus şirkətin inşa etdiyi hündürmərtəbəli binadakı iki mənzili dəyər-dəyməzinə satıb.

Xatırladaq ki, Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Qardaşların ikisi də dövlətə xəyanət və başqa ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin sadiq adamları olduğu bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
17
globalinfo.az

10Источники