AZ

Evlərini, Novxanıdakı villasını, avtomobilini SATDI

Adı son günlər Ramiz Mehdiyev işində və AMEA-da 3 milyonluq cinayətdə hallanan keçmiş deputat, hazırda AMEA-nın Sosial Xidmətlər Şöbəsinin müdiri olan Elton Məmmədov ətrafında söz-söhbət bitmir.

Bundan öncə Baş Prokurorluğun yaydığı rəsmi xəbərdə Elton Məmmədovun vurduğu 3 milyon manatın onun tərəfindən ödənildiyi barədə məlumat verilmişdi.

News365.az Oxu24.com-a istinadla xəbər verir ki, Elton Məmmədov qeyd olunan pulu ödəmək üçün olan-qalan hər şeyini satıb. 3 milyonu ödəmək Elton Məmmədova heç də asan olmayıb.

Belə ki, o, Novxanı qəsəbəsindəki dəbdəbəli bağ evini, 3 ədəd son model avtomobili, “20 Yanvar” metrosu ətrafında yerləşən kafesini, “MAİN” Yaşayış Kompleksində beş ədəd 2 və 3 otaqlı mənzilləri, böyük sahəyə malik avtoqarajı, Həsən Əliyev küçəsində - keçmiş “Tramvay Parkı”nın yerində yerləşən özünəməxsus şirkətin inşa etdiyi hündürmərtəbəli binadakı iki mənzili dəyər-dəyməzinə satıb.

Xatırladaq ki, Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Qardaşların hər ikisinin dövlətə xəyanət və başqa ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin sadiq adamları olduğu bildirilir.

Seçilən
5
17
news365.az

10Mənbələr