RU

İtaliya paytaxtında qədim qüllə çökdü – xəsarət alanlar var – VİDEO

Romanın mərkəzindəki qədim “Torre dei Conti” qülləsinin bir hissəsinin çökməsi nəticəsində insanlar xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Məlum olub ki, dağıntılar altında fəhlələr qalıb. 64 yaşlı bir kişini xilas etmək mümkün olub, hazırda o, ağır xəsarətlərlə xəstəxanadadır. Daha bir zərərçəkən dağıntılar altındadır, o, özündə olsa da, vəziyyəti narahatlıq doğurur.

Nəşr qeyd edir ki, çöküş iki dəfə baş verdiyindən, ikinci dəfə yanğınsöndürənlər də xəsarət alıblar. Onlardan biri göz zədəsi ilə xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerində 3 yanğınsöndürmə briqadası və xilasedicilər işləyir. Ərazi mühasirəyə alınıb və nəqliyyatın hərəkəti dayandırılıb.

Xatirə SADİQ

Избранный
45
nocomment.az

1Источники