Qeyd edək ki, ermənilər daim özlərinin uydurma tarixinə istinad ediblər. Onlar hər zaman Naxçıvanın, Qarabağın, hətta Gəncə və bir sıra rayonlarımızın guya “ermənilərin tarixi ərazisi” olduğunu deyiblər. Gerçəklik isə bundan ibarətdir ki, hazırkı Ermənistan Respublikası tarixi Azərbaycan ərazilərində qurulub. Lakin rəsmi Bakı beynəlxalq hüquqa və ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşdığı üçün Ermənistan ərazisinə iddia irəli sürmür. Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, əgər Azərbaycanın belə planı olsaydı, 44 günlük müharibədəki zəfər yürüşü şərti sərhədin o tayında – Ermənistan ərazisində də davam edərdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта