"Qısa müddət ərzində rəqəmsal texnologiyalar sahəsində regional liderə çevrilmə imkanımız var".
Bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın 80 illik yubiley tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, son illər təhsil sahəsində həyata keçirilən bir çox ardıcıl və məqsədyönlü islahatlar Azərbaycan təhsilini regionda texnoloji inkişaf mərkəzinə çevirməkdədir: “Rəqəmsallaşma, süni intellekt istiqamətində elmi stragetegiyaların inkişafı Azərbaycan elminin prioritetlərindəndir. Xüsusilə siyasət, sosial innovasiyalar sahəsində inkişaf vacibdir. Bu baxımdan bilik transferinin gerçəkləşməsi 2027-2030-cu illərdə Azərbaycan elminin əsas hədəfləri sırasında olacaq”.