RU

Seriya Masazırda pozulacaq?

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

“Sabah” Premyer Liqanın X turunda bu gün “Qəbələ”ni qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək görüşə saat 19:30-da start veriləcək.

“Sabah” çempionatda keçirdiyi son 5 matçda uduzmayıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv bu görüşlərdə 3 qələbə qazanıb, 2 heç-heçə edib. “Bayquşlar”ın evində keçirdiyi son 3 matçda isə 2 qələbə, 1 bərabərlik qeydə alınıb. Son turların formada komandası “Sabah” bu gün qələbə qazanacağı halda, turnir cədvəlində 3 pillə irəliləyəcək. Hazırda 15 xalla 7-ci olan “futuristlər”i 3 xal 4-cü sıraya yüksəldə bilər.

“Qəbələ” isə eniş dövründədir. Əsas problem heyətin təcrübəsizliyidir və nəticə üçün çatışmayan ən vacib məqam budur. “Qırmızı-qaralar” liqada son 5 oyunda cəmi 1 qələbə qazanıb. Azarkeşləri önündə “Kəpəz”i məğlub edən bölgə klubu növbəti 4 matçında 3-də uduzub, 1-də heç-heçə edib. “Qəbələ” bu mövsüm səfərdə qələbə qazana bilməyib.

Komandalar arasında Masazırda baş tutan son 5 oyunda “Sabah” qələbə qazanıb. Komanda bu görüşlərdə 15 qol vurub, 4-nü buraxıb. Bugünkü matçda da favorit məhz “Sabah”dır.

Statistika “Sabah”ın xeyrinədir, lakin futbol meydanda oynanılır. Açıq futbol oynayan və hər tur rəqiblərinə başağrısı olan “Qəbələ” uğursuz seriyasını qırmaq arzusundadır. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektivdə irəli xəttdə sürətli oyunçular var və bu, “Sabah” müdafiəsinə çətinlik yaşada bilər.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
75
futbolpress.az

1Источники