Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağında iştirakı dövlətimizin başçısının elmə, təhsilə və ziyalılara göstərdiyi dərin diqqət və hörmətin bariz göstəricisidir. Ölkə başçımızın orada səsləndirdiyi fikirlər elmi mühit üçün bir çağırış, bir istiqamətverici mesaj idi. Bu baxımdan, Prezidentin çıxışını “yol xəritəsi” adlandırmaq tam yerinə düşür.
Ulu Öndər Azərbaycan elminə münasibətdə hər zaman prinsipial mövqe nümayiş etdirib. O, sovet dövründə belə milli elmi mühitin qorunması, Azərbaycan alimlərinin beynəlxalq səviyyədə tanınması və elmi tədqiqatların milli maraqlara xidmət etməsi üçün ardıcıl siyasət yürüdüb. Müstəqillik illərində isə Heydər Əliyev bu siyasəti yeni mərhələyə yüksəldərək, elm və təhsili dövlət quruculuğunun əsas sütunlarından biri elan edib.
“Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Süni İntellekt Strategiyası” bu sahənin inkişafına sistemli və ardıcıl yanaşmanın bariz nümunəsidir. Həmin sənəd süni intellektin təkcə texnoloji deyil, həm də elmi, iqtisadi və sosial müstəvidə strateji əhəmiyyət daşıdığını təsdiqləyir.
Bu parad yalnız hərbi gücün nümayişi deyil, həm də xalqın qələbə ruhunun, milli həmrəyliyinin və gələcəyə inamının ifadəsidir. Azərbaycan xalqı bu Şanlı Zəfərlə hər zaman fəxr edəcək. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Prezident İlham Əliyevin müdrik rəhbərliyinin, xalq-ordu birliyinin və milli iradənin təntənəsidir.
Bu Qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də Azərbaycan dövlətçiliyinin əbədi və dönməz qüdrətinin təsdiqidir”.
"Cebheinfo.az"