RU

Ən gənc astronavt kosmosa göndərilib

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Çin Xalq Respublikası "Şençjou-21" kosmik gəmisini yeni model "Çançjen-2F" daşıyıcı raketi ilə kosmosa göndərib. Reyting.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Ekipaj üzvləri arasında olan 32 yaşlı U Feyin isə indiyə qədər kosmosa gedən ən gənc çinli astronavt olduğu bildirilir. Nəşr yazır ki, onlarla birlikdə həm də dörd qara siçan da "Tiangon" ("Göy saray" ) stansiyasına aparılıb. Bu siçanlardan aşağı Yer orbitində çoxalma üzrə elmi təcrübələrdə istifadə olunacağı gözlənilir. Qeyd olunur ki, bu, 2022-ci ildən bəri daimi məskunlaşan Çin kosmik stansiyasına edilən yeddinci uçuşdur. Çin kosmik mərkəzi eyni zamanda, gələn il ilk dəfə əcnəbini - Pakistan astronavtını kosmosa göndərməyi planlaşdırır.Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
1
reyting.az

2Источники