AZ

Ən gənc astronavt kosmosa göndərilib

Ən

Çin Xalq Respublikası "Şençjou-21" kosmik gəmisini yeni model "Çançjen-2F" daşıyıcı raketi ilə kosmosa göndərib.

Reyting.az
xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Ekipaj üzvləri arasında olan 32 yaşlı U Feyin isə indiyə qədər kosmosa gedən ən gənc çinli astronavt olduğu bildirilir.

Nəşr yazır ki, onlarla birlikdə həm də dörd qara siçan da "Tiangon" ("Göy saray" ) stansiyasına aparılıb. Bu siçanlardan aşağı Yer orbitində çoxalma üzrə elmi təcrübələrdə istifadə olunacağı gözlənilir.

Qeyd olunur ki, bu, 2022-ci ildən bəri daimi məskunlaşan Çin kosmik stansiyasına edilən yeddinci uçuşdur.

Çin kosmik mərkəzi eyni zamanda, gələn il ilk dəfə əcnəbini - Pakistan astronavtını kosmosa göndərməyi planlaşdırır.

Oqtay QORÇU
Seçilən
51
1
reyting.az

2Mənbələr