UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək IV tur oyununun hakim təyinatları açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Sebastyan Qishamerə Roland Ridel və Santino Şrayner kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Valter Altmann yerinə yetirəcək. VAR-da Manul Şüettenquber, AVAR-da Yosef Spurni olacaq.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq. İlk 3 turdan sonra hər iki komandanın aktivində 6 xal var. Azərbaycan çempionu 13-cü, London klubu isə 11-ci pillədə qərarlaşıb.