RU

Sabiq baş mühasibin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib

Bakı.Trend:

“Rifah Group” MMC-nin 802 min manatdan artıq vəsaitinimənimsəməkdə təqsirləndirilən sabiq baş mühasibi SamirəZeynalovanın cinayət işi üzrə sonuncu məhkəmə prosesikeçirilib.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökmoxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 8 il müddətə azadlıqdanməhrum etmə cəzasına məhkum edilib.

Ona qarşı irəli sürülən 308.2-ci maddə ittihamdan xaric edilib,həmçinin 313-cü maddə üzrə cəlbetmə müddəti bitdiyi üçün cəza təyinedilməyib.

Qeyd edək ki, ittihama görə, Samirə Zeynalova “Rifah Group”MMC-nin baş müsahibi işlədiyi 2022-2023-cü illərdə qohumlarındanbaşqa məqsədlərə görə aldığı etibarnamələrdən onlardan xəbərsizistifadə edərək onların adına bank hesabları açıb və MMC-yə məxsus802.429, 45 manat pul vəsaitini onların hesabına köçürərəkmənimsəyib. O, bu əməli törədərkən öz vəzifə mövqeyindənsui-istifadə edib.

Samirə Zeynalovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü(Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqlatörədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadəetmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifəsaxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilənşəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Samirə Zeynalovanın 4 övladı var, övladlarından biri 1-ci qrupəlildir.

Məqalədə:
Избранный
56
az.trend.az

1Источники