RU

Amerikalı teleaparıcı halloween günü anasını vəhşicəsinə öldürdü

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Kanzas ştatından olan 47 yaşlı televiziya aparıcısı Ancelin Mok oktyabrın 31-də, "halloween" günü anasını bıçaqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Nypost.com məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının müəyyən etdiyinə görə, Mok anasına səhər saat 8-də hücum edib. O, qonşuya gedib, onlardan telefon istəyib, həmin telefonla "911"ə zəng edərək özünü xilas etmək üçün anasını öldürdüyünü bildirib.

"Bizim avtomobilimizə yaxınlaşan qadın tamamilə qana bulaşmışdı… O, "911"ə zəng etməyi xahiş etdi", - deyə Mokun qonşusu Alissa Kastro bildirib.

Güc strukturları hadisə yerinə gəldikdə çoxsaylı bıçaq yaraları almış 80 yaşlı qadını yataqda aşkar ediblər. Onu xəstəxanaya çatdırsalar da, qadın vəfat edib.

Mok nəzarət altına alınıb.

Televiziya kanalının məlumatına görə, Mok 2011-15-ci illərdə "KTVI Fox 2"də səhər və axşam verilişlərinin aparıcısı kimi işləyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
53
1
oxu.az

4Источники