ABŞ prezidenti Donald Tramp “CBS News”a müsahibə verib. O, jurnalistlərin Ukrayna münaqişəsinin həlli, nüvə sınaqları, Yaxın Şərq münaqişəsi və Venesuela prezidenti Maduronun taleyi ilə bağlı suallarını cavablandırıb.
Bu məsələlərlə bağlı Amerika liderinin ən maraqlı açıqlamalarını tezis şəklində təqdim edirik:
- Prezident Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı səbri tükənməyəcək;
 - ABŞ nüvə sınaqları keçirəcək. “İstəmirəm ki, biz [nüvə silahlarını sınaqdan keçirməyən yeganə ölkə olaq;
 - İsrail Baş naziri Benyamin Netanyahu sonda Fələstin dövlətini tanımağa razı olacaq;
 - Fələstin HƏMAS hərəkatı “lazım gələrsə” məhv ediləcək;
 - Prezident Tramp Suriyanın keçid prezidenti Əhməd əl-Şaraanı Ağ Evdə qəbul edə bilər;
 - Nikolaas Maduronun Venesuela prezidenti kimi sayılı günləri qalıb;
 - Tayvanın ən böyük şirkətləri mikroçip istehsalını ABŞ-a köçürürlər və bu, yalnız Amerika idxal tarifləri səbəbindən baş verir.
 
//Samir Qurbanov, Editor.az