RU

“Xaricə gedənlər özlərinin başqa versiyasını görmək istəyirlər”

“Azərbaycanda yetərincə gözəl yerlər, zəngin təbiət, tarixi məkanlar, muzeylər, dağ və dəniz istirahət zonaları, eləcə də keyfiyyətli otellər, restoranlar və mağazalar var. Amma bir çoxu son qəpiyinədək xərcləyib, borca girib, bəzən hətta oteldən çölə çıxmadan Antalyaya, Bodruma və sair yerə getməyə can atır. Niyə?”

Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb.

O qeyd edib ki, insanlar xaricə gedəməklə şəhərləri yox, özlərinin başqa versiyalarını görməyə can atırlar:

“Əslində, bu, sadəcə “səyahət istəyi” deyil, psixoloji qaçış mexanizmidir. Çoxu xaricə gedəndə oradakı şəhərləri yox, özlərinin başqa versiyasını görmək istəyirlər. Gündəlik həyatın gərginliyi, sosial təzyiq, maddi sıxıntı, ailə və iş problemləri içində boğulan insan beynində belə bir fikir formalaşır: “Başqa yerdə olsam, hər şey fərqli olardı.”

Bu, psixologiyada “temporary identity shift”, yəni müvəqqəti şəxsiyyət dəyişimi adlanır. Xaricdə insan daha az tanınır, daha az mühakimə olunur, azadlıq hissi yaranır. Bu azadlıq real deyil, qısamüddətli illüziyadır, amma beyində xoşbəxtlik və yüngüllük hissi yaradır”.

Избранный
18
1
publika.az

2Источники