Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Cebheinfo.az” xəbər verir ki, hadisə Bakı - Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində iki nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Qəza yerinə polis əməkdaşları cəlb olunub.
“Cebheinfo.az”