AZ

Göygöldə faciəvi qəza - 2 ölü, 2 yaralı

Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır yaralanıb. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (Mənbə: apa)

Seçilən
29
6
modern.az

10Mənbələr