Vensan Abubakarın "Neftçi"də startı uğurlu alınıb.

Offsideplus.az xəbər verir ki, kamerunlu hücumçu Misli Premyer Liqasındakı ilk iki oyununda da qol vurmağı bacarıb.

Abubakar 6 il sonra bunu edə bilən ilk futbolçu olub.

Bunu son dəfə 2019/20 mövsümündə "Qəbələ"yə qoşulan Nikolas Raysel etmişdi.

“Sabah”la “Səbail”in hərəsinə bir qol vuran fransalı hücumçu da Vensan kimi ilk görüşə sonradan meydana çıxıb, digərində isə start heyətində yer alıb.