Azərbaycanın sabiq hakimlərindən olan Əfqan Həmzəyevə Dünya Minifutbol Federasiyasında yüksək vəzifə verilib.

Rekord.az xəbər verir ki, Həmzəyev sözügedən federasiyada Hakimlər Komitəsinin sədr müavini təyin olunub.

O, həmçinin təhsil şöbəsinin də rəhbəridir: "Dünyada nə qədər minifutbol hakimi var, bundan sonra onlara mən dərs deyəcəm. Ötən gün Dubayda seminarım oldu, 37 hakim qatıldı. Yaxınlarda da Asiya Çempionlar Liqası üçün İndoneziyaya gedəcəm, ora da 68 hakim gələcək və onlara da oprda dərsi mən verəcəm. Ümumiyyətlə, hazırda dünya üzrə 716 hakimin rəhbəriyəm".