RU

KİV: Misir, Pakistan və Azərbaycan Qəzzaya hərbi kontingent göndərə bilər

BAKI, 3 noyabr. TELEQRAF

Türkiyə Qəzza zolağında beynəlxalq sabitləşdirici qüvvələrə hərbi müşahidəçilər, axtarış-xilasetmə və mühəndis-minatəmizləmə bölmələri göndərə bilər. İştirak məsələsinin bu həftənin sonuna qədər dəqiqləşəcəyi gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Məlumata görə, qüvvələrə Türkiyə hərbçilərinin də daxil edilməsi mümkündür, amma regionun təhlükəsizliyini təmin etmək üçün daha çox Misir, Pakistan və Azərbaycan kontingentlərinin göndərilməsi ehtimalı yüksəkdir.

“TRT Haber” telekanalı Türkiyə Müdafiə Nazirliyinə istinadla xəbər verib ki, ölkənin hərbi qurumu Qəzza zolağında atəşkəs rejimini izləyəcək əməliyyat qrupunun yaradılması üçün xarici tərəfdaşlarla danışıqları davam etdirir.

Həmçinin ABŞ bir sıra ölkələrlə Qəzza zolağında beynəlxalq sabitləşdirici qüvvələrin yaradılması ilə bağlı gizli danışıqlar aparır və planı yaxın həftələrdə təqdim etməyi nəzərdə tutur. “Axios” portalının məlumatına görə, qüvvələrə Azərbaycan, Misir, İndoneziya və Türkiyədən nümayəndələr, həmçinin Fələstin polis bölmələri daxil olacaq. Layihəyə əsasən, onlar anklavın Misir və İsrail ilə sərhədində yerləşdiriləcəklər.

Избранный
61
teleqraf.com

1Источники