RU

Trampdan HƏMAS-a - Xəbərdarlıq

Fələstinin HƏMAS hərəkatı lazım gələrsə məhv edilə bilər”.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “CBS News” telekanalına müsahibəsində danışıb. 

Onun sözlərinə görə, hərəkata bu barədə məlumat verilib:

“Əgər mən HƏMAS-ın tərksilah olmasını istəyirəmsə, onları çox tez bir zamanda tərksilah olmağa vadar edərəm. Onlar məhv ediləcəklər, bunu bilirlər”.

Xatırladaq ki, oktyabrın 28-də İsrail ordusu atəşkəs barədə razılığa baxmayaraq, Qəzzaya bir neçə aviazərbə endirib. HƏMAS rəhbərliyi isə barışığa riayət etdiyini bildirib. Daha sonra D,Tramp zərbələrin barışığa təsir etməyəcəyini bəyan edib. O bu zaman qeyd etmişdi ki, İsrail anklava zərbə endirmək hüququna sahibdir və HƏMAS özünü “yaxşı aparmalıdır”.

"Cebheinfo.az" 

"Cebheinfo.az" 

Избранный
10
4
cebheinfo.az

5Источники