AZ

Trampdan HƏMAS hərəkatına xəbərdarlıq

“Fələstinin HƏMAS hərəkatı lazım gələrsə məhv edilə bilər”.

Herbiand.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “CBS News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hərəkata bu barədə xəbərdarlıq edilib:

“Əgər mən HƏMAS-ın tərksilah olmasını istəyirəmsə, onları çox tez bir zamanda tərksilah olmağa vadar edərəm. Onlar məhv ediləcəklər, bunu bilirlər”.

Xatırladaq ki, oktyabrın 28-də İsrail ordusu atəşkəs barədə razılığa baxmayaraq, Qəzzaya bir neçə aviazərbə endirib. HƏMAS rəhbərliyi isə barışığa riayət etdiyini bildirib. Daha sonra D,Tramp zərbələrin barışığa təsir etməyəcəyini bəyan edib. O bu zaman qeyd etmişdi ki, İsrail anklava zərbə endirmək hüququna sahibdir və HƏMAS özünü “yaxşı aparmalıdır”.

Seçilən
8
4
herbiand.az

5Mənbələr