RU

Fransız ulduz "Real"a niyə keçmədiyinə aydınlıq gətirdi

"Arsenal"ın müdafiəçisi Uilyam Saliba "Real Madrid"in maraq dairəsinə düşməsindən danışıb.

Fanat.Az xəbər verir ki, fransız futbolçu "kral klubu"nun əsas transfer hədəflərindən biri hesab olunsa da, "topçular"la müqaviləsinin müddətini 2030-cu ilə qədər uzadıb.

"Telefoot" İspaniya nəhəngindən aldığı niyə geri çevirməsi barədə danışan mərkəz müdafiəçisinin fikirlərini belə təqdim edib:

"Əlbəttə, belə bir klubdan maraq çox cəlbedicidir. Amma mən hər hansı yeni təcrübə haqqında düşünməzdən əvvəl ilk növbədə "Arsenal" ilə kuboklar qazanmaq istəyirdim. Qərarıma görə peşman deyiləm".

London nəhənginin 24 yaşlı ulduzu Saliba "Transfermarkt" tərəfindən 80 milyon avro dəyərində qiymətləndirilir.

Mirağa

Избранный
34
1
fanat.az

2Источники