RU

Maykl Ceksonu təcavüzdə ittiham edən beş iddiaçıya 2,5 milyon dollar ödənilib

Azpost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Mərhum estrada müğənnisi Maykl Ceksonun Fondu müğənnini cinsi təcavüzdə ittiham edən beş iddiaçıya 2,5 milyon dollar ödəyib.

AzPost bildirir ki, bu barədə Financial Times qəzeti məlumat verir.

Nəşrin məlumatına görə, ödəniş 2020-ci ildə açılmış mhkəmə işinin həllini tamamlayır. Həmin vaxt tərəflər barışıq razılaşması imzalayıblar. Bu razılaşmaya görə, Fond iddiaçıların hər birinə beş il ərzində 3,3 milyon dollar (cəmi 16,5 milyon dollar) ödəməlidir.

Lakin iddiaçılar müqaviləni imzalamaq üçün təzyiq altında olduqlarını iddia edirlər. Nəşrin məlumatına görə, onlar daha böyük məbləğ istəyirlər və məhkəmədə açıq dinləmələr keçirməyi planlaşdırırlar.

Maykl Cekson Fondu iddiaları rədd edir və 2020-ci il razılaşmasının şərtlərinə istinad edərək qapalı dinləmələrdə israr edir.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
81
1
azpost.info

2Источники