Əfqanıstanda zəlzələ - Ölənlər və yaralananlar var
Əfqanıstanda baş verən zəlzələ nəticəsində yeddi nəfər ölüb.
aia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Yerli səhiyyə idarəsinin məlumatına görə, 150 nəfər yaralanıb.
***
Əfqanıstanda 6,3 maqnitudalı zəlzələ olub.
aia.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Kəşfiyyat Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Hulm bölgəsi olub. Zəlzələ ocağı Yerin 10 kilometr dərinliyində yerləşib.