RU

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Sumqayıt şəhəri, Xəzər bağları, Suqovuşan küçəsində yaşayan sakinlər uzun illərdir yaşadıqları ərazinin yol və işıqlandırma məsələlərindən narazıdırlar. Onların sözlərinə görə, problem artıq 10 ildən çoxdur ki, davam edir və bu məsələlərə dair dəfələrlə müvafiq qurumlara müraciət olunsa da, heç bir nəticə əldə edilməyib.

Sakinlər, xüsusən axşam saatlarında küçənin işıqsız olmasının ciddi təhlükə yaratdığını bildiriblər:

"Bu yollarda işıq yoxdur. Uşaqlar məktəbə getməkdə çətinlik çəkirlər. Yağış yağanda, heç məktəbə gedə bilmirik".

Sakinlər əlavə ediblər ki, bir neçə dəfə bu problemin həll olunacağı vəd edilsə də, heç bir dəyişiklik baş verməyib.

"Deyirlər ki, bu qışa, payıza qədər düzələr, amma heç kim bir iş görmür. Asfaltın bitdiyi yerdə taksi belə gəlmir, çünki yolu keçmək olmur. Yolda yaşlılar, uşaqlar və körpələr var. Bu vəziyyətdə heç kim maraqlanmır", - deyə sakinlərdən biri qeyd edib.

Ətraflı Baku TV-nin süjetində:

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
81
1
oxu.az

2Источники