RU

II Qareginin qardaşı və qardaşı oğlu saxlanıldı

Bütün Ermənilərin Katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan və qardaşı oğlu Hambardzum Nersisyanın Ermənistanda saxlanıldığı bildirilir.

"Unikal" xəbər verir ki, bu barədə vəkil Ara Zöhrabtyan "Facebook" hesabında bildirib. 

Onların xuliqanlıqda ittiham olunduğu bildirilir. Armavir bölgəsinin Vaqarşapat icmasında yerli seçkilərdən əvvəl Respublika Partiyasının namizədi Harutyun Mkrtçyan sosial mediada Gevorq Nersisyanın və oğullarının 1 noyabrda seçki kampaniyasına müdaxilə etdiyini iiddia edib.

"Bu gün istintaq orqanı 68 yaşlı Gevorq Nersisyanı və oğlu Hambardzum Nersisyanı həbs etmək qərarına gəlib", - deyə vəkil qeyd edib.

Избранный
29
6
unikal.az

9Источники