AZ

Ermənistanın katolikosunun qardaşı və onun oğlunun həbs edilməsi ilə bağlı vəsatət təqdim edildi

BAKI, 3 noyabr. TELEQRAF

Ermənistanın istintaq orqanı Armavir vilayət birinci instansiya məhkəməsinə (hakim Artak Babaxanyan) 68 yaşlı Gevorq Nersisyan və onun oğlu Ambarsum Nersisyanın həbs edilməsi ilə bağlı vəsatət təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə onların vəkili Ara Zohrabyan məlumat verib.

“Məhkəmə bir müddət sonra başlayacaq. İstintaq orqanı və prokurorluq öz qərarını verib və bir nəfərin ifadəsi əsasında onların cinayət təqibi yolunu tutub”, - Zohrabyan qeyd edib.

Xatırladaq ki, bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan və onun oğlu Ambarsum Nersisyan dünən Vaqarşapatda “Respublika” Partiyasının üzvü Harutyun Mkrtçyanın bəyanatı əsasında saxlanılıblar. Nersisyan və onun oğlu seçki kampaniyasına mane olmaqda ittiham olunur.

Ermənistan İstintaq Komitəsində məsələ ilə əlaqədar cinayət işi açılıb.

Seçilən
32
6
teleqraf.com

9Mənbələr