ain.az, Axar.az portalına istinadən məlumat yayır.
Suriyanın Haseke şəhərində YPG-nin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) silah anbarında güclü partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Bildirilib ki, Tell-Barrak qəsəbəsi üzərində görünən PUA hərbi obyektə zərbə endirib.
Partlayışın nəticələri və döyüşçülər arasında itkilər barədə informasiya verilmir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.