RU

Toral Ronaldoya toxunan əlcəklərini paylaşdı Foto

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Səudiyyə Ərəbistan Liqasının 7-ci turunda “Qarabağ”ın sabiq futbolçusu Yasin Benzianın çıxış etdiyi “Əl Feyha” klubu səfərdə “Əl Nəsrin” qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, Kriştianu Ronaldonun dubl etdiyi oyunda “Əl Nəsr” 2:1 hesablı qələbə qazanıb. Matçdan sonra Benzia Kriştianu Ronaldo ilə görüşüb.

Həmin görüşdə “Qarabağ”ın sabiq futbolçusunun əlindəki Toral Bayramova məxsus əlcəklər diqqət çəkib.

Qeyd edək ki, Benzia “Qarabağ”dan ayrılıb Səudiyyə Ərəbistanı təmsilçisinə keçərkən Toralın ona hədiyyə etdiyi əlcəkləri özü ilə aparıb və bütün çempionat matçlarında istifadə edir.

Ötən gün də həmin əlcəklərlə Ronaldo ilə görüşüb.

T. Bayramov özü də bu barədə sosial şəbəkə hesabında paylaşım edib və o, Ronaldoya toxunan əlcəklərini göstərməyə çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
69
3
qafqazinfo.az

4Источники