RU

ABŞ-ın parçalanma yaratmaq planı

ABŞ 20 ildən çoxdur ki, bağlanmış Puerto-Rikodakı “Ruzvelt Rouds” hərbi-dəniz bazasını yenidən qurmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, tikinti işləri 17 sentyabrda başlayıb. Agentliyin əldə etdiyi peyk görüntülərində bazadakı uçuş-enmə zolağına aparan yolların örtüyünün dəyişdirildiyi görünür.

ABŞ Hərbi Dəniz Piyadalarının ehtiyatda olan polkovniki Mark Kançian bildirib ki, bu cür dəyişikliklər hərbi təyyarələrin eniş və qalxışlarının sayının artırılmasına hazırlıq məqsədi daşıyır.

Puerto-Rikoda və Venesueladan təxminən 800 km uzaqlıqda yerləşən Vircin adalarında da mülki hava limanlarında infrastruktur işləri aparılır.

Избранный
43
publika.az

1Источники