RU

Cəlal Hüseynov “Levski”yə darmadağını kənardan izlədi

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının daha bir oyununu buraxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 14-cü turu çərçivəsində lider “Levski” (Sofiya) ilə qarşılaşıb.

“Arda” doğma meydanda baş tutmuş bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 0:3. Hüseynov bu görüşün iştirakçısı olmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Arda” 14 turdan sonra 13 xalla 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə 3 qələbə qazanıb, 4 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 64 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
37
31
arena.az

10Источники