AZ

Əliyar Ağayev “Slaviya” – “Arsenal” matçını idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin oyununu idarə edəcək.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadın xəbər verir.

Belə ki, Əliyar Ağayev Çexiyada yerli “Slaviya” (Praqa) və İngiltərənin “Arsenal” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununu idarə edəcək.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Rob Dieperink VAR, onun həmyerlisi Jeroen Manşot isə AVAR kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Slaviya” – “Arsenal” matçı noyabrın 4-də Praqadakı “Eden Arena”da keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
32
7
arena.az

10Mənbələr