RU

Türkiyə Milli Müdafiə Nazirliyindən Azərbaycanla bağlı möhtəşəm paylaşım

Musavat.com xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanla hərbi qardaşlığın gücünü bir daha nümayiş etdirib. Nazirliyin rəsmi səhifəsində yayılan paylaşımda Naxçıvanda keçirilən “2-ci Dönəm Komando Əsas Təlimi”nin uğurla başa çatdığı vurğulanıb.

Paylaşımda iki qardaş ölkənin əsgərlərinin birliyini ifadə edən bu sözlər yer alıb: “Eyni sevda ocağında aşkla yoğrulan hamurumuz birdir bizim. Vatana kurban olalım diye yakılan kınamız birdir bizim.”

Nazirlik qeyd edib ki, Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığının təşkil etdiyi “Dövr Sonu Təlimi” çərçivəsində Türk və Azərbaycan komandoları bir ürək, bir bilək kimi çıxış edərək əbədi qardaşlığın sarsılmaz gücünü bir daha göstəriblər.

Musavat.com

Избранный
24
2
musavat.com

10Источники