RU

Alba: “Messi ilə birgə oynamaq mənim üçün imtiyazdır”

“İnter Mayami”nin müdafiəçisi Jordi Alba, “Barselona”da da birlikdə çıxış etdiyi argentinalı hücumçu Lionel Messi ilə bağlı danışıb.

Arena.az ispan futbolçunun müvafiq fikrini təqdim edir:

“Heç vaxt düşünməzdim ki, tarixin ən yaxşı oyunçusu ilə birlikdə oynayacağam. Bu, mənim üçün imtiyazdır. Onunla birlikdə, demək olar ki, bütün karyeram ərzində oynamışam. Biz bir-birimizi başa düşməyə davam edirik”, deyə Alba vurğulayıb.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 44 oyuna 39 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 83 oyun, 73 qol və 37 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 195 oyun keçirib, 114 qol vurub və 63 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
25
38
arena.az

10Источники