RU

Əliyar Ağayev Çempionlar Liqasına təyinat aldı

BAKI, 2 noyabr. TELEQRAF

Azərbaycanlı FIFA referisi Əliyev Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinə təyinat alıb.

Teleqraf xəbər verir ki, 38 yaşlı hakim IV tur çərçivəsində keçiriləcək "Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov, Akif Əmirəli və Elçin Məsiyev kömək edəcək.

Niderlandlı Rob Diyperink VAR hakimi, Yeron Manshot isə AVAR hakimi olacaq.

Qeyd edək ki, görüş noyabrın 4-də keçiriləcək.

Избранный
48
teleqraf.com

1Источники