RU

Tom Barrak: “Türkiyə, Ermənistan və Azərbaycan yaxınlaşma yolundadır”

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Türkiyə, Ermənistan və Azərbaycan yaxınlaşma yolundadır və bu inanılmazdır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Bəhreyndə keçirilən Manama Dialoqu sammitində müzakirə zamanı deyib.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi bu açıqlamanı ölkəsinin Türkiyə ilə münasibətlərini təsvir edərkən verib.

"Digər tərəfdən, Türkiyənin fərqli bir quruluşu var. O, ərəb olmayan müsəlman ölkəsidir və sabit platforması var. O, özümüzdən başqa ən böyük NATO müttəfiqimizdir. Biz Prezident Ərdoğan və Prezident Tramp arasında 11 görüş  keçirmişik. Biz F-35, F-16, S-400 təyyarələrini, Boeing ilə 100 milyard dollarlıq müqaviləni müzakirə etdik. Türkiyə, Ermənistan və Azərbaycan yaxınlaşma yolundadır və bu, inanılmazdır ", - Barrak bildirib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
1
cebheinfo.az

2Источники