RU

Meksikada ‘ölülər festivalı’ qanla bitdi — narkokartellərə qarşı çıxan meri öldürdülər

Meksikanın Miçoakan ştatında yerləşən Uruapan şəhərinin meri Karlos Manso Haloven festivalı zamanı silahlı hücum nəticəsində öldürülüb.

Musavat.com xəbər verir ki, hadisə şənbə axşamı baş verib — naməlum şəxslər merin kortejinə atəş açıblar. Nəticədə 40 yaşlı Karlos Manso hadisə yerində keçinib.

Şəhər şurasının üzvü Viktor Uqo de la Krus Sousedо və bir mühafizəçi yaralanıb. Rəsmilərin məlumatına görə, bir hücumçu zərərsizləşdirilib, iki nəfər saxlanılıb.

Manso narkokartellərə, xüsusilə “Xalisko – Yeni nəsil” qruplaşmasına qarşı açıq çıxış edirdi və təhlükələrə görə dəfələrlə federal yardım istəmişdi. Uruapan — avokado istehsalının əsas mərkəzlərindən biridir.

Musavat.com

Избранный
34
musavat.com

1Источники