RU

Trampın nümayəndəsi: Türkiyə ilə İsrail arasında müharibə olmayacaq

Türkiyə ilə İsrail arasında müharibə olmayacaq.

“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Bəhreynin paytaxtı Manamada təşkil olunan Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun forumunda çıxışında deyib.

"Məncə, bu, olmayacaq", - o bildirib.

Diplomat, həmçinin söyləyib ki, Türkiyə olmasa idi Qəzzada atəşkəs əldə olunmazdı: "ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana dörd dəfə təşəkkür edib".

Избранный
9
3
ikisahil.az

7Источники