AZ

ABŞ Prezidentinin nümayəndəsi:

Türkiyə ilə İsrail arasında müharibə olmayacaq.

 

"Haber Global" bildirir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Bəhreynin paytaxtı Manamada təşkil olunan Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun forumunda çıxışında deyib.

 

"Məncə, bu olmayacaq", - o bildirib.

 

Diplomat, həmçinin söyləyib ki, Türkiyə olmasa idi Qəzzada atəşkəs əldə olunmazdı: "ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana dörd dəfə təşəkkür edib".

Seçilən
21
3
senzor.az

7Mənbələr