Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Göztəpə” doğma meydanda “Gənclərbirliyi”ni tək qolla yenib. Lider “Qalatasaray” isə “Trabzonspor”u qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb.
11-ci turun qalan görüşləri noyabrın 2-də və 3-də keçiriləcək.
Türkiyə, Super Liqa
11-ci tur
31 oktyabr
Başakşəhər – Kocaelispor 1:0
Qol: Şomurodov, 90+1-pen.
1 noyabr
Göztəpə – Gənclərbirliyi 1:0
Qol: Juan Santos, 45+1.
Qalatasaray – Trabzonspor 0:0
2 noyabr
15:30. Konyaspor – Samsunspor
18:00. Kayserispor – Kasımpaşa
21:00. Beşiktaş – Fənərbağça
3 noyabr
21:00. Alanyaspor – Qaziantep
21:00. Eyüpspor – Antalyaspor
21:00. Rizəspor – Karagümrük
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
                        
