AZ

Marko Yankoviç Cəbəllüttariq və Xorvatiya ilə oyunlara çağırıldı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın mərkəz yarımmüdafiəçisi Marko Yankoviç növbəti dəfə Monteneqro millisinə dəvət alıb.

Arena.az bu barədə Monteneqro Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

30 yaşlı yarımmüdafiəçi 2026-cı ildə keçiriləcək dünya çempionatının (DÇ-2026) seçmə mərhələsinin Cəbəllütariqlə səfər (14 noyabr), Xorvatiya ilə ev matçına (17 noyabr) çağırılıb.

Xatırladaq ki, Marko Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. 30 yaşlı mərkəz yarımmüdafiəçisi Ağdam klubunun heyətində 138 oyun keçirib, 10 qol və 16 məhsuldar ötürmə müəllifi olub.

Yankoviç karyerası ərzində “Partizan”, “Teleoptik”, “Beytar” (Yerusəlim), “Olimpiakos”, OFK, SPAL, “Maribor”, “Hapoel” (Təl-Əviv), “Krotone” kimi klublarda da çıxış edib.

Marko 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 56 oyuna çıxıb, 1 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
13
24
arena.az

10Mənbələr